Əsas məzmuna keç
Ramil Əhmədov.Rəssam · Azərbaycan

Natürmortlar

Meyvələr, çiçəklər və gündəlik əşyaların işıq və rəng etüdləri.

Natürmortlar rəssamın işıq və rənglə ən sərbəst işlədiyi janrdır. Bu bölmədəki əsərlərin hamısı kətan üzərində yağlı boya ilə çəkilib.

Süjetlər sadədir və tanışdır: nimçədə meyvələr, farfor sürahi, şüşə qrafin, vazada güllər. Maraq isə quruluşdadır — mavi naxışlı süfrə ilə qırmızı almaların təzadı, qarpızın çəhrayısının bütün kompozisiyanı bir yerə toplaması, yaxud tünd fonda şüşənin içindən keçən işıq.

Bir neçə işdə xüsusi olaraq işıq-kölgə üzərində dayanılıb: şam işığı, tək tərəfdən düşən şüa, masanın üzərindəki parlaq ləkələr. Belə əsərlər interyerdə isti, sakit bir nöqtə yaradır və ən çox qonaq otağı ilə mətbəx üçün seçilir.

Şəkli göndərin, qiyməti deyim →