Skip to content
Ramil Əhmədov
Ramil Əhmədov

Haqqımda

Mən, Əhmədov Ramil Ramiz oğlu 1981-ci ilin fevral ayının 6-da Naxçıvan Muxtar Respublikanın Şərur şəhərində anadan olmuşam. Orta təhsilliyəm. Uşaqlığından ən böyük marağım rəsm çəkmək olub, sonralar bu maraq əyləncəyə çevrilib. Əvvəllər kağız üzərində şəkillər çəkirdim, sonralar yağlı boya ilə çəkməyə başladım. Rəssamlıq yolunda addımlarkən televiziyada göstərilən rəssamlıq proqramlarından və bu incəsənət növü ilə bağlı kitablardan yararlanırdım.

Mənzərə, portret, natürmort və tematik-çoxfiqurlu janrlarda şəkillər çəkməyə meylim var. Hal-hazırda 300-dən çox əsər yaratmışam. Mənim əsərlərim 6 fərdi, 21 ümumi olmaqla 27 sərgidə nümayiş etdirilib.

Əsərlərim ilk dəfə "Əcəmi Seyrangahında" Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Novruz Bayramına həsr olunmuş "Yurdumuza novruz gəlir" devizi altında keçirilən rəsm müsabiqəsində digər rəssamların əsərləri ilə sərgilənib və birinci yer tutub. Həmin müsabiqədə mən 9 əsərimlə iştirak etdim.

2001-ci ildə Naxçıvan Muxtar Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin təşkil etdiyi sərgidə 12 əsərim sərgiləndi və Təsviri İncəsənət sahəsində uğurlarıma görə "Ən yaxşı gənc rəssam" adına layiq görüldüm. 2002-ci ildə Azərbaycan Gənclərinin III forumu ilə əlaqədar keçirilən rəsm müsabiqəsində Gənclər üzrə I yeri tutduğuma görə Diplomla təltif edilmişəm. Əsərlərim dəfələrlə Azərbaycan televiziya kanallarında nümayiş etdirilib, mənimlə bağlı televiziya proqramları hazırlanıb və mətbuatda haqqımda müxtəlif yazılar dərc edilib.

Sərgilər

  • 2002

    Azərbaycan Gənclərinin III Forumu — rəsm müsabiqəsi (I yer)

    Bakı

  • 2001

    «Ən yaxşı gənc rəssam» sərgisi

    Naxçıvan

  • 2001

    Elm Sərgisi — fərdi sərgi (~50 əsər)

    Şərur Türk Litseyi, Şərur

  • 2000

    İlk fərdi sərgi (60 əsər)

    Ticarət Mərkəzi, Naxçıvan