Rəssam
Ramil Əhmədov
Azərbaycan Rəssamlar İttifaqının üzvü — portret, natürmort, mənzərə və kompozisiya janrlarında 300-dən çox əsər.
- Doğum
- 1981, Şərur, Naxçıvan
- əsər
- 300+
- sərgi
- 60
- fərdi sərgi
- 15
Mən, Əhmədov Ramil Ramiz oğlu 1981-ci ilin fevral ayının 6-da Naxçıvan Muxtar Respublikanın Şərur şəhərində anadan olmuşam. Orta təhsilliyəm. Uşaqlığından ən böyük marağım rəsm çəkmək olub, sonralar bu maraq əyləncəyə çevrilib. Əvvəllər kağız üzərində şəkillər çəkirdim, sonralar yağlı boya ilə çəkməyə başladım. Rəssamlıq yolunda addımlarkən televiziyada göstərilən rəssamlıq proqramlarından və bu incəsənət növü ilə bağlı kitablardan yararlanırdım.
Mənzərə, portret, natürmort və tematik-çoxfiqurlu janrlarda şəkillər çəkməyə meylim var. Hal-hazırda 300-dən çox əsər yaratmışam. Azərbaycan Rəssamlar İttifaqının üzvüyəm. Əsərlərim 15 fərdi sərgi və 3 beynəlxalq sərgi daxil olmaqla 60 sərgidə nümayiş etdirilib.
Əsərlərim ilk dəfə "Əcəmi Seyrangahında" Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Novruz Bayramına həsr olunmuş "Yurdumuza novruz gəlir" devizi altında keçirilən rəsm müsabiqəsində digər rəssamların əsərləri ilə sərgilənib və birinci yer tutub. Həmin müsabiqədə mən 9 əsərimlə iştirak etdim.
2001-ci ildə Naxçıvan Muxtar Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin təşkil etdiyi sərgidə 12 əsərim sərgiləndi və Təsviri İncəsənət sahəsində uğurlarıma görə "Ən yaxşı gənc rəssam" adına layiq görüldüm. 2002-ci ildə Azərbaycan Gənclərinin III forumu ilə əlaqədar keçirilən rəsm müsabiqəsində Gənclər üzrə I yeri tutduğuma görə Diplomla təltif edilmişəm. Əsərlərim dəfələrlə Azərbaycan televiziya kanallarında nümayiş etdirilib, mənimlə bağlı televiziya proqramları hazırlanıb və mətbuatda haqqımda müxtəlif yazılar dərc edilib. Türkiyənin Mersin şəhərində keçirilən beynəlxalq rəsm festivalındakı iştirakım TRT Haber kanalında işıqlandırılıb.
Çəkdiyim portretlər arasında Xalq artistləri Alim Qasımov və Fərqanə Qasımova, müğənni Nadir Rüstəmli, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, İtaliyanın Baş naziri Corca Meloni və Riki Martin var. Avand Production tərəfindən «İlin rəssamı» mükafatına layiq görülmüşəm.
Adın digər yazılışları: Ramil Əhmədov · Ramil Ahmadov · Ramil Ahmedov · Ramil Akhmedov · Рамиль Ахмедов · Əhmədov Ramil Ramiz oğlu
Sərgilər
- 2002
Azərbaycan Gənclərinin III Forumu — rəsm müsabiqəsi (I yer)
Bakı
- 2001
«Ən yaxşı gənc rəssam» sərgisiFərdi
Naxçıvan
- 2001
Elm Sərgisi — fərdi sərgi (~50 əsər)Fərdi
Şərur Türk Litseyi, Şərur
- 2000
İlk fərdi sərgi (60 əsər)Fərdi
Ticarət Mərkəzi, Naxçıvan